Bu rayonda yollar təmir edilir

  • 21.05.2020
  • 0

Təmir olunan kəndlərarası yolların uzunluğu 18.9 km təşkil edir Gəncə-Kəlbəcər-Laçın avtomobil yolunun 14-cü km-dən ayrılan və Aşıqlı-Keşkü-Üçbulaq-Üçtəpə-Firuzabad marşrutu üzrə yaşayış məntəqələrinə gedən avtomobil yolu yenilənir.Göygöl rayonu Aşıqlı-Keşkü-Üçbulaq-Üçtəpə-Firuzabad marşrutu üzrə yaşayış məntəqələrinə gedən avtomobil yollarının ümumi uzunluğu 18.9 km təşkil edir.Layihəyə əsasən avtomobil yolları 3 marşrut üzrə yenidən qurulur. Yolun yararsız asfalt-beton örtüyü mexanizmlə sökülüb, yolun torpaq yatağının I texniki dərəcəyə uyğun genişləndirilməsi məqsədilə yararsız qrunt qazılıb, əks-dolğu işləri aparılaraq torpaq yatağının karxana çınqılından təmiri və profilə salınması işləri görülüb. Daha sonra qum-çınqıl materialdan əsasın alt layı, optimal qarışıqlı çınqıl materialından isə əsasın üst layı inşa edilir. Yol əsası hazır olan hissələrə isə bitum səpilməklə iri dənəli qaynar asfalt-beton qarışığından örtük salınır. Yenidənqurma işlərinə layihənin 9.7 km-lik Aşıqlı-Keşkü-Üçbulaq hissəsində də başlanılıb. Avtomobil yolu bu hissədə çınqıl örtükdən ibarət idi, torpaq yatağının eni də normativlərə cavab vermirdi. Bu üzdən yolun torpaq yatağının IV texniki dərəcəyə uyğun genişləndirilməsi məqsədilə dağ yamacları və yatağın yararsız hissələri qazılaraq kənarlaşdırılıb, əks-dolğu işləri görülərək torpaq yatağı karxana çınqılından inşa edilib və profilə salınıb. Bundan başqa yolun çiyin hissələri lazımi materialla bərkidiləcək, yol birləşmələri təmir ediləcək.

Nə düşünürsən?