“Təhminə və Zaur” un 6-cı mərtəbəsi...

  • 21.05.2020
  • 41 baxış
  • 0

Zülfiyyə Xanbabayeva, Miri Yusif, Zamiq, Murad Arif, Günay İbrahimli və digər ulduzların kliplərinin rejissoru Delee ilk dəfə özü klipdə rol alıb.

Onun duet ortağı səhnə adı SİVVA olan sevilən bəstəkar-müğənni Sevinc Ağasıyevadır. Mahnının sözləri də Deleeyə aiddir. Musiqisi Sivvaya məxsus olan yeni mahnı “6-cı mərtəbə” adlanır. Klipin sujet xətti sanki xalq yazıçısı Anarın “5 mərtəbəli evin 6-cı mərtəbəsi” əsərini xatırladır.

Rejissor və bəstəkarın obrazları isə Təhminə və Zaur kimi təsvir olunub. Qeyd edək ki, Sivva məşhur “Əziz müəllimim” mahnısının bəstəkarı və ifaçısı, həmçinin Aygün Kazımova, İlqar Muradov və digər sənətçilərin ifasında səslənən mahnıların müəllifidir.

Nə düşünürsən?