Maşınını yuduzduran 17 yaşlı qızı güllələyib öldürdülər

  • 21.05.2020
  • 0

Türkiyənin Manisa vilayətində gənc qız qətlə yetirilib. Salihli qəsəbəsində gecə saatlarında dostu ilə yanacaqdoldurma mənəqəsinə gələn 17 yaşlı Ceren Kultaş daha sonra avtomobilini yuduzdurmağa verib. Bu zaman o, kənara çəkiərək telefona kiminləsə danışıb və mübahisə edib. Az sonra hadisə yerinə motosikletlə yaxınlaşan naməlum şəxs qıza doğru atəş açıb. Tüfəngdən açılan atəşdən sonra yerə yıxılan Ceren dostunun və oradakı digər şəxslərin köməkliyi ilə xəstəxanaya çatdırılıb. Lakin onun artıq vəfat etdiyi məlum olub. Qəti törədən şəxs motosiketlə uzaqlaşıb. Hadisənin hansı səbəbdən törədilməsi hələlik məlum deyil./publika.az

Nə düşünürsən?