İdmançılarımızda virus aşkarlanmayıb

  • 20.05.2020
  • 0

İdmançılarımız karantinin elan olunmasından əvvəl vətənə qayıdıblar Sərbəst güləş üzrə millimizin üzvü Şərif Şərifov koronavirus xəstəliyi keçirməsi xəbəri idman ictimayətində bir qədər çaşqınlıq yaradıb. Avropa, dünya və olimpiya çempionumuzda COVİD-19-un aşkarlanması onun komanda yoldaşlarını da təhlükə altına ala bilərmi? Məsələyə Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova münasibət bildirib. Bu günədək koronavirusla bağlı Azərbaycandakı idmançılar barədə şübhəli heç bir məlumatın daxil olmadığını deyən qurum rəsmisi, atletlərimizin karantinin elan olunmasından əvvəl vətənə qayıtdıqlarını vurğulayıb. Xatırladaq ki, hazırda Rusiyada Dağıstan Respublikasının paytaxtı Mahaçqalada olan Azərbaycanın sərbəst güləş üzrə Avropa, dünya və olimpiya çempionu Şərif Şərifov "Report"a müsahibəsində koronavirusa yoluxduğunu açıqlayıb.

Nə düşünürsən?