Çindən Azərbaycana karqo yüklərinin gətirilməsi bərpa edildi

  • 20.05.2020
  • 0

Koronavirusun ilk yayıldığı ölkə olan Çindən Azərbaycana karqo yüklərinin gətirilməsi bərpa edilib. Xezerxeber.az-ın məlumatına görə, bir neçə ay əvvəl yola çıxan yüklər mayın əvvəlindən etibarən Azərbaycana daxil olmağa başlayıb. Karqo xidməti ilə məşğul olanların sözlərinə görə, hazırda sifarişçilər Çinə gedə bilmədiyindən yüklərin həcmi 10 dəfədən çox azdır. Amma yolda olan sifarişlər də var ki, bir neçə gün sonra Azərbaycana çatacaq. Yüklərin gətirilməsi zamanı bütün sanitar-gigiyenik normalara əməl edilir, yük avtomobilləri müşayiət edilir və sürücülərin ölkə ərazisində hər hansı şəxslə təmas qurmasına icazə verilmir. Karqo xidməti göstərənlərin sözlərinə görə, sərhədlər açılandan sonra Çin mallarının qiymətində də ucuzlaşma ola bilər. Buna səbəb Çinin bəzi şəhərlərindən İran vasitəsi ilə daşınan yüklərə görə əlavə güzəştlərin nəzərdə tutulmasıdır. Bununla yanaşı, Azərbaycana digər ölkələrdən də yükdaşımalar maneəsiz həyata keçirilir. Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Nə düşünürsən?