Əcnəbilərin Azərbaycanda müvəqqəti olma müddəti uzadıldı

  • 20.05.2020
  • 0

"Azərbaycan ərazisində olan və koronavirus səbəbindən ölkəni tərk edə bilməyən əcnəbilərin ölkədə müvəqqəti olma müddətinin uzadılması üçün müraciət edilməsi zərurəti aradan qaldırılıb". Xezerxeber.az-ın məlumatına görə, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov onlayn mətbuat konfransında bildirib. Onun sözlərinə görə, müddət mayın 31-nə qədər avtomatik uzadılıb və əcnəbi vətəndaşların bu məsələ ilə bağlı hər hansı müraciətinə ehtiyac qalmayıb. Vüsal Hüseynov onu da bildirib ki, 2020-ci il 1 yanvar tarixindən bu günə qədər keçən ilin müvafiq dövrü ilə müqayisədə əcnəbilərin sayında azalma var. Xidmət rəisi əlavə edib ki, xüsusi karantin rejimi müddətində elektron xidmətlərdən istifadə edən əcnəbilərin sayı artıb. Post-pandemiya dövründə isə bu xidmətlərin sayının artırılması nəzərdə tutulur. Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Nə düşünürsən?