Vətəndaşların sosial müdafiəsinə diqqət və qayğı artırılır

  • 20.05.2020
  • 0

DOST (Dayanıqlı və Operativ Sosial Təminat) mərkəzlərinin fəaliyyətə başlaması sosial sahədə görülən işlərin və aparılan islahatların əyani təzahürüdür. Xezerxeber.az-ın məlumatına görə, bunu Milli Məclisin əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib. O bildirib ki, DOST mərkəzlərində göstərilən xidmətlər sosial təminat sahəsində böyük yenilikdir. Artıq bir neçə ölkə bu təcrübə ilə bağlı ölkəmizə müraciət edib və Azərbaycan öz təcrübəsini bölüşməyə hazırdır. 2019-cu ildə müstəqillik dövrünün ən geniş sosial paketi təqdim olunub və uğurla icra edilib. Bu sosial paket 4 milyon 200 min insanı əhatə edib. Minimum pensiyanın alıcılıq qabiliyyətinə görə bu gün Azərbaycan MDB məkanında lider dövlətdir. 2020-ci ildə sosial sahədə görülən işlər ötən il həyata keçirilən tədbirlərin məntiqi davamıdır. Xüsusilə də pandemiya dövründə dövlətin dəstəyi özünü daha çox büruzə verir. Azərbaycan koronavirusla mübarizədə ən uğurlu nəticə əldə edən ölkələrdən biridir. Bunu Ümumdünya Səhiyyə Təşkilatının sədri də qeyd edib. Bu dövrdə vətəndaşların sağlamlığının qorunması ilə yanaşı, ciddi sosial dəstək proqramları da həyata keçirildi. Musa Quliyev bildirib ki, şəhid ailələri, müharibə veteranları və əlillərə də dövlət hər zaman dəstək göstərib. Bu günədək 7600 şəhid ailəsi dövlət tərəfindən mənzillərlə təmin edilib. Bu il daha 1500 şəhid ailəsi və müharibə əlilinə mənzil veriləcək. Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Nə düşünürsən?