21 maya olan hava ilə bağlı xəbərdarlıq!

  • 20.05.2020
  • 0

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Milli Hidrometeorologiya Xidmətindən APA TV-yə bildirilib ki, mülayim cənub-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 15-18, gündüz 23-27, Bakıda gecə 16-18, gündüz 25-27dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 756 mm civə sütununa enəcək. Nisbi rütubət 70-75 %, gündüz 40-45% olacaq. Rayonlarda da hava əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 13-17, gündüz 30-34, dağlarda gecə 6-11, gündüz 17-22 dərəcə isti olacaq. Tibbi-meteoroloji proqnoza görə, sabah Abşeron yarımadasında arabir güclənən gilavar küləyinin əsəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahtlıq hissi yarada bilər.

Nə düşünürsən?