İşıq pulu ödənişi asanlaşıb

  • 20.05.2020
  • 7 baxış
  • 0

Evdən çıxmadan bir neçə dəqiqə ərzində onlayn qaydada işıq pulunu ödəmək mümkündür. Xezerxeber.az-ın məlumatına görə, bunun üçün ''Azərişıq'' Açıq Səhmdar Cəmiyyətinin internet səhifəsinə daxil olmaq kifayətdir. İstifadə olunan elektrik enerjisi sərfiyyatı və mövcud enerji borcu barədə bildiriş alaraq elektron ödəniş edə bilmək üçün ''Azərişıq'' ASC-nin veb saytında bildiriş bölməsinə daxil olaraq,15 rəqəmli abonent kodunu yazmaq kifayyətdir. Açılan pəncərədə abonentlər şəxsi, cari sərfiyyat və borc barədə məlumatları görə bilərlər. ''Azərişıq'' ASC-nin departament direktoru Qalib Həmidov deyib ki, vətəndaşlar həm pandemiya dövründə, qarşıdan gələn Ramazan bayramı tətilində, həm də digər vaxtlarda elektrik enerjisinə görə yaranan borclarını evdən çıxmadan onlayn ödəniş sistemindən istifadə etməklə rahat ödəyə bilərlər. Qalib Həmidov bildirib ki, vətəndaşlar elektik enerjisinə görə yaranan borcu həm də "Azərişıq" ASC-nin mobil tətbiqi vasitəsi ilə də ödəyə bilərlər. Bu zaman elektron bildirişlər və enerji sərfiyyatına görə yaranan borclar elektron poçt və SMS vasitəsi ilə onlara göndəriləcək. Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: