Müraciət etməyən şəxslərə 190 manat necə verilib?

  • 20.05.2020
  • 0

Sabirabad rayonu, Məmişlər kənd sakini Əliyev Xudaverdi Ədilağa oğlu maraqlı hal ilə qarşılaşıb. Xezerxeber.az-ın məlumatına görə, Xudaverdi Əliyevin telefonuna 190 manatlıq birdəfəlik ödəmənin təyin edilməsi ilə bağlı SMS gəlib. Ancaq həmin SMS-də onun yox, Masallı sakininin adı qeyd edilib. Xudaverdi Əliyev deyir ki, o, ümumiyyətlə birdəfəlik müavinət üçün müraciət etməyib. O, 190 manatlıq ödəmənin SMS-də adı çəkilən Tağıyev Bəhruz Alim oğluna çatmadığından narahatdır. Ötən gün isə bank əməkdaşları onunla əlaqə saxlayaraq 190 manatı götürməli olduğunu deyiblər. Xudaverdi Əliyev ehtimal edir, Masallı sakini Tağıyev Bəhruz Alim oğlu birdəfəlik yardım üçün mürəciət etdikdə sistemdə yanlışlıqla onun mobil nömrəsini qeyd edib. Odur ki, SMS onun telefonuna gəlib. Analoji hadisaə Füzuli rayon sakini Gülnaz Mollaxanovanın da başına gəlib. Onun telefonuna isə İsmayılova Elmira İsmayıl qızına 190 manatın təyin olunması ilə bağlı SMS gəlib. Gülnaz Mollaxanova deyir ki, həmin adamı tanımır. Onun əsas istəyi həmin adamın tapılması və 190 manatın da həqiqi sahibinə ödənilməsidir. Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: