Karantini pozan restoran aşkar edildi

  • 20.05.2020
  • 0

Paytaxtın Binəqədi rayonunda sanitar-karantin qaydalarına zidd olaraq saat 18-dən sonra gizli fəaliyyət göstərən restoran aşkar edilib. DİN mətbuat xidmətindən APA TV-yə verilən xəbərə görə, Rayon Polis İdarəsinin İctimai Təhlükəsizlik Şöbəsi, Post Patrul Xidməti Bölüyü və 43-cü Polis Bölməsi əməkdaşları tərəfindən Novxanı qəsəbəsində, paytaxt sakini Nurəli Mənsimova məxsus “Nar” restoranına baxış zamanı müştərilərin sosial məsafə gözləmədiyi və tibbi maskalardan da istifadə etmədikləri aşkar edilib. Obyektin sahibi Nurəli Mənsimov və orada olan 24 müştəri saxlanılaraq Polis Bölməsinə gətirilib. Bölmədə obyekt sahibi və müştərilər polislər tərəfindən tibbi maskalarla təmin ediliblər. Karantin qaydalarını pozan obyekt sahibi 2000 manat, müştərilərin hər biri isə 100 manat məbləğində cərimə olunublar.

Nə düşünürsən?