İki “VAZ” sürücüsü yolda belə yarışdılar

  • 20.05.2020
  • 0

İki “VAZ” markalı avtomobilin sürücüsü yolda bir-birləri ilə yarışıb yarışıb digər nəqliyyat vasitələrinə təhlükə yaradıblar. YPX.AZ xəbər verir ki, birinin dövlət qeydiyyat nişanı 90 EH 651 olan “VAZ” markalı avtomobillərin sürücüləri yolda sürət artırmaqla sağa-sola təhlükəli manevrlər edərək ötüşüblər. Avtomobillərin sürücüləri yolda yarışarkən digər nəqliyyat vasitələri üçün də təhlükə yaradıblar. Sürücülər ardıcıl qayda pozuntularına yol verməklə cəmiyyətə qarşı açıq hörmətsizlik edib və avtoxuliqanlıq hərəkətləri nümaiş etdiriblər. Sürücülərin qayda pozuntuları avtomobillərdən birinin sərnişini tərəfindən video qeydə alınıb. Həmin görüntüləri sizlərə təqdim edirik:

Nə düşünürsən?