İcra başçısının sərvəti ilə bağlı siyahı yayıldı: zavod, hotel...

  • 20.05.2020
  • 0

Jurnalist Həbib Müntəzir Şəkinin icra başçısı Elxan Usubovun varidatının siyahısını paylaşıb. Bax.tv “Yenisabah.az”a istinadla xəbər verir ki, jurnalist 14 ildir icra başçısı olan Elxan Usubovun Şəkidə bir neçə iaşə-ticarət obyektləri, fərdi yaşayış sahələri və hektarlarla torpaq sahələrinin olduğunu da bildirib: Bakıda T.Şıxəliyev, ev 6 ünvanında mənzil Şəkidə L.Abdullayev, ev 36 ünvanında mənzil Şəkidə M.Ə.Rəsulzadə, ev 293 ünvanında xidməti mənzil Şəkidə 5 ədəd dəbdəbəli malikanəsi Şəkidəki süd zavodu Şəkidəki “Sünbül” çörəkbişirmə sexi Şəkidə M.F.Axundov prospektində yerləşən “Şəki” hoteli Şəkinin Kiş kəndindəki “Narınqala” hoteli Şəkinin Kiş kəndində “Şam bağı” hoteli Kiş kəndində “Cənnət bağı” hoteli Dağüstü park deyilən yerdəki “Panaroma” hoteli Şəki-Oğuz yolunun üstündə yerləşən istirahət mərkəzləri Ağstafada bir malikanə Gürcüstanda böyük fındıq zavodu ”CHEMİCO CO LTD” MMC şirkəti ”A.Q.T.İ.M.” MMC şirkəti (gips, mala və əhəng istehsalı)

Nə düşünürsən?