Fransaya 0:10 uduzan futbolçularımız indi haradadırlar?

  • 20.05.2020
  • 0

Azərbaycan yığması tarixində ən ağır məğlubiyyətini Fransa yığmasından alıb. AVRO-1996-nın seçmə mərhələ matçı millimizin tarixinə "Oser faciəsi" kimi düşüb. Ağasəlim Mircavadovun baş məşqçisi olduğu komanda Oserin "İ Abbe-Deşams” stadionunda Eme Jakenin yetirmələrindən 10 cavabsız qol buraxıb. Bu, dünya və Avropa çempionu olan Fransa yığması tarixində hələ də ən böyükhesablı qələbədir. Bu videoda siz 1995-ci ildə "Oser faciəsi"ndə iştirak edən Azərbaycan yığmasının heyəti barədə məlumat əldə edəcəksiniz. Fransaya 0:10 uduzan futbolçular kimlər idi və onların indiki taleyindən nə xəbər var? XÜSUSİ QEYD: Yunis Hüseynovun son klubu "Kəpəz" olub. O, hazırda AFFA-nın Texniki Fepartamentinin rəhbəri Bernard Lippertin müavinidir.

Nə düşünürsən?