Çimərliklərdə yeni qaydalar necə olacaq? - Koronavirus tədbirləri

  • 20.05.2020
  • 0

Xəbər verildiyi kimi, yay mövsümündə çimərliklər açılacaq, amma sosial təcrid qaydalarına uyğun olaraq müəyyən tələblərə əməl etməli olacağıq. Nələr nəzərdə tutulur, ən əsası çimərlikdə infeksiyaya yoluxma ehtimalı varmı? Çimərliklərə qaydalar çərçivəsində gedə biləcəyik. Qaydaları Bakı şəhər İcra hakimiyyətinin nəzdində yaradılan komissiya hazırlayıb. Bütün detallar məlum olmasa da əsasən sıxlığın qarşısını almaq üçün müəyyən tələblər qoyulacağı bilinir. Bu məqsədlə elektron sistem yaradılacaq. Vətəndaş evdən çıxmazdan əvvəl elektron sistemlə çimərlikdə yer sifariş edəcək. Yeri gəlmişkən, qardaş Türkiyədə də oxşar prosedur gerçəkləşdiriləcək. Burada son 75 ilin ən isti may ayı yaşansa da, hələ çimərlik mövsümünə start verilməyib. Türkiyəli turizm eksperti Fateh Gunay bildirir ki, koronovirusla bağlı vəziyyət normallaşarsa, iyun ayının ilk həftəsindən mövsümə start verilə bilər. Qeyd edək ki, paytaxt çimərliklərinə tətbiq edilən sanitar epidemeoloji qaydalar bütün respublika ərazisinə şamil olunacaq.

Nə düşünürsən?