Azərbaycanda bir-birinə işgəncə edən azyaşlılar

  • 19.05.2020
  • 0

Bir müddət öncə gənclərin dostlarına “Qışqırtma” adı altında etdikləri zarafat medyaya yansımış, tanınmış simalardan biri də bunun cinayət olduğunu qeyd edərək polisə şikayət etdiyini bildirmişdi. Bu kimi dırnaqarası zarafatlar əslində xarici ölkələrdə yaşayan və “Youtube” video portalına müxtəlif videolar yerləşdirməklə tanınan gənclər arasında rast gəlinən haldır. YPX.AZ-ın araşdırmalarına görə, artıq son illər gənclərimizin, hətta azyaşlıların bu tip işgəncəyə bənzər zarafatlara maraq göstərməsi, bununla yetərincə izləmə toplama düşüncələri ölkəmizdə də yayğınlaşıb. Təəssüflər olsun ki, gənclərimizdən tutmuş azyaşlılara qədər bir çox bu tip videolar hazırlayaraq “Youtube” video portalına yerləşdirirməklə cəmiyyətə təqdim edir və əvəzində də yetərincə geniş kütlələr tərəfindən izlənirlər. Bu zarafatların mahiyyəti isə bir neçə dostun aralarından birini seçməklə onun əl-qolunu zorla bağlamasından və əli-qolu bağlı olan dostlarına istəmədiyi şeyləri etməkdən ibarətdir. Bu tip videolarda öncədən seçərək bağladıqları dostlarının saçını zorla qırxmaq, un, yumurta kimi ərzaqlarla dostlarının üzərini çirkablamaq, çox az yaşları olmasına baxmayaraq böyükləri siqaret çəkdiklərinə inandırmaq, psixoloji təsirlər göstərmək, döymək kimi cəzalar tətbiq olunur. Məsələnin ən təəssüfləndirici yanı isə bu kimi videolara marağı ən çox yeniyetmələrin və azyaşlıların göstərməsidir. Azyaşlıların bir-birinə zorla nələrisə etməyə məcbur etməsi və bunu etməli olan azyaşlının həmin an yaşadığı stres hansısa pisixi problemlərin yaranmasına da gətirib çıxara bilər. Bu kimi məsəllələrə isə xüsusi nəzarəti təbii ki, ilk öncə valideynlər etməli və azyaşlıları bu kimi maraqlardan uzaq tutmalıdırlar.

Nə düşünürsən?