“07” sərnişin avtobusu ilə toqquşdu

  • 19.05.2020
  • 0

Rusiyanın İvanov şəhərində minik avtomobilinin sərnişin avtobusu ilə toqquşması təhlükəsizlik kamerası tərəfindən görüntülənib. Avtosfer.az xəbər verir ki, hadisə Kukonkov və Pavla küçələrinin kəsişməsində qeydə alınıb. Kadrlarda, “VAZ-2107” markalı avtomobilin svetoforun qadağanedici işığından keçdiyi və sürətlə hərəkətin əks istiqamətinə gedərək avtobusla toqquşduğu görülür. Məlumata görə, qəza nəticəsində “07”nin 2 sərnişini xəsarət alıb. Bildirilir ki, avtobusda 15 sərnişin olub, onlardan yaralanan olmayıb. “VAZ”ın sürücüsü isə qəzadan sonra hadisə yerindən uzaqlaşıb. Faktla bağlı araşdırmalar aparılır.

Nə düşünürsən?