Bir sıra qadağalar aradan qaldırıldı

  • 19.05.2020
  • 0

Bulvar və parklar açılıb, kafe və restoranlar fəaliyyətini davam etdirir Kafe restoran eləcədə iaşə obyektlər fəaliyyətini davam etdirir. Təbii ki sosial məsafəni qorumaq da vacibdir. Məhz Paytaxt ərazisində fəaliyyət göstərən iaşə obyektlərinə baş çəkdik. Gördüyümüzdə o oldu ki, həqiqətəndə stollar arasında sosial məsafə qorunur. Xatırladaq ki, kafe restoranlar səhər 8:00-dan axşam 18:00-dək müştərilərə xidmət göstərəcək. Bununla yanaşı artıq vətəndaşlar bulvar, park, eləcədə istirahət məkanlarına üz tuturlar. Qeyd etmək lazımdır ki, 10 nəfərdən artıq toplaşmamaq şərti ilə məhdudiyyətlər aradan qaldırılıb. Qeyd edək ki, yaşı 65-dən yuxarı olan şəxslərin evdən çıxmasına qoyulan qadağada ləğv olunub. Eyni zamanda mayın 18-dən etibarən, bütün ölkə üzrə muzey və sərgi zallarının fəaliyyətidə bərpa olunub. Qeyd edək ki, karantin rejimi yumşaldılsada ehtiyyatı əldən vermək olmaz, qapalı məkanlarda və ictimai nəqliyyatda tibbi maskadan və əlcəkdən istifadə etmək zəruridir.

Nə düşünürsən?