Milli Məclisin plenar iclası keçirildi

  • 19.05.2020
  • 0

Mayın 19-da Milli Məclisin növbəti plenar iclası keçirilib. Xezerxeber.az-ın məlumatına görə, iclasda İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinator, Daxili İşlər nazirinin birinci müavini Seyfulla Əzimov insan alverinə qarşı mübarizə çərçivəsində ötən il görülmüş işlərlə bağlı illik hesabatı təqdim edib. Millət vəkilləri hesabatı qəbul edib və pandemiya şəraitində Azərbaycan polisinin yüksək peşəkarlıqla xidmət həyata keçirdiyini vurğulayıblar. Cari məsələlərin müzakirəsi zamanı çıxış edən millət vəkili Fazil Mustafa Bakıdan Naxçıvana aviareyslərin bərpa edilməsi məsələsini qaldırıb. İclasda çıxış edən Dağlıq Qarabağın Azərbyaycanlı icmasının sədri, millət vəkili Tural Gəncəliyev Dağlıq Qarabağda yerləşən ermənilər tərəfindən bu quruma müraciətlərin edildiyini bildirib. İclasda "Dövlət rüsumu haqqında" qanuna dəyişiklik edilib və xarici ölkələrin ali məktəblərinin diplomlarının tanınmasına görə tutulan 15 manat dövlət rüsumu ləğv olunub. Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Nə düşünürsən?