Prezidentdən Əli Əhmədova yeni vəzifə - Sərəncam

  • 19.05.2020
  • 0

Prezident İlham Əliyev “Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 5 mart tarixli 785 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb. Unikal.org xəbər verir ki, Sərəncama əsasən, Komissiyanın tərkibi aşağıdakı redaksiyada verilir: Komissiyanın sədri Əli Əhmədov ̶ Azərbaycan Respublikası Baş Nazirinin müavini Komissiyanın üzvləri: Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Azərbaycan Respublikası Xarici İşlər nazirinin müavini Azərbaycan Respublikası Daxili İşlər nazirinin müavini Azərbaycan Respublikası Fövqəladə Hallar nazirinin müavini Azərbaycan Respublikası Ədliyyə nazirinin müavini Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müavini Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Azərbaycan Respublikası Təhsil nazirinin müavini Azərbaycan Respublikası Səhiyyə nazirinin müavini Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin müavini Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin vitse-prezidenti Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin birinci müavini Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti.

Nə düşünürsən?