25 dərəcə istidə korona məhv olmur, amma... - Professor

  • 18.05.2020
  • 26 baxış
  • 0

ABŞ-ın Harvard Universitetinin alimləri koronavirusla bağlı araşdırmalarda yeni nəticə əldə ediblər. Axar.az xəbər verir ki, bunu türkiyəli professor Atəş Qara deyib. "Araşdırmalar zamanı müəyyən edilib ki, koronavirus 25 dərəcədən yuxarı temperaturda daha az yayılır. Lakin havanın isti olması virusun məhvi demək deyil. İsti havada da koronavirusa yoluxa bilərsiniz", - professor vurğulayıb. Qeyd edək ki, daha əvvəl Ümumdünya Səhiyyə Təşkilatı koronavirusun isti havada məhv olması ilə bağlı iddiaları təkzib edib.

Nə düşünürsən?