Sabirabadda bədbəxt hadisə

  • 17.05.2020
  • 0

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə Sabirabad şəhəri H.Əliyev prospektində baş verib. VAZ 2107 markalı avtomobil yolu keçən Sabirabad şəhər sakini, 1984-cü il təvəllüdlü Mirzəliyev Elnur Xanış oğlunu vurub. Ağır kəllə-beyin travması alan yaralı Şirvan şəhər xəstəxanasına aparılarkən yolda keçinib. Faktla bağlı Sabirabad polis şöbəsində araşdırma aparılır.

Nə düşünürsən?