Azərbaycanda daha bir bədbəxt hadisə

  • 16.05.2020
  • 0

Abşeronda qoyun otaran 41 yaşlı kişi su kanalında boğulub. Xezerxeber.az-ın məlumatına görə, bədbəxt hadisə Abşeronun Ceyranbatan qəsəbəsində baş verib. Ərazidə heyvan otaran Fariz Təhməzov ehtiyatsızlıqdan Samur-Abşeron su kanalına yıxılıb və boğulub. Fariz Təhməzovun meyiti kanal vasitəsilə Ceyranbatan su anbarına keçib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub və meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Mərhum Fariz Təhməzov Laçın rayonunun Minkənd kəndindən məcburi köçkündür. Onun atası isə 1992-ci ildə Qarabağda gedən döyüşlərdə şəhid olub. Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Nə düşünürsən?