Bakıda binanın eyvanı uçdu

  • 16.05.2020
  • 0

Bu gün Bakıda beşmərtəbəli binanın 3-cü mərtəbəsindəki mənzillərdən birinin eyvanı uçub. Xezerxeber.az-ın məlumatına görə, hadisə günorta saatlarında paytaxtın Nərimanov rayonu, Təbriz küçəsi, 102 ünvanında baş verib. Qeyd edək ki, binanın birinci mərtəbəsində stomatoloji klinika fəaliyyət göstərir. Klinikanın işçiləri deyib ki, eyvan qəzalı vəziyyətdə olmayıb. Yəni əvvəllər həmin ünvanda hər hansı bir dağıntı qeydə alınmayıb. Şahidələr hadisə ilə bağlı rayon icra hakimiyyətinə məlumat veriblər. Dərhal hadisə yerinə aidiyyatı qurumların əməkdaşları gələrək səkini təhlükəsizlik lenti ilə bağlayaraq dağıntıları təmizləməyə başlayıblar. Nərimanov Rayon İcra Hakimiyyətinin şöbə müdiri Hüseyn Cəfərov ''Xəzər Xəbər''ə bildirib ki, ilkin ehtimal olaraq, eyvanın uçmasına səbəb köhnə olmasıdır. O qeyd edib ki, eyvan təmir edilməyəcək, çünki bina köhnə olduğu üçün pilot layihə çərçivəsində sökülməsi nəzərdə tutulub. Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Nə düşünürsən?