“Rahat” marketdən oğurluq edən şəxs anbaan videokamerada

  • 07.01.2018
  • 0

“Rahat” marketlər şəbəkəsinin Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, 7 ünvanında (Papanin) yerləşən filialında oğurluq hadisəsi baş verib.Hadisə yanvar ayının 3-də gecə saat 04:21 radələrində qeydə alınıb.Təqribən orta yaşlı naməlum şəxs Hərbi Hospitalla üzbəüz yerləşən marketin şüşəsini daşla qıraraq içəri daxil olub. Özü ilə 29 ədəd siqaret, 8 ədəd saqqız, 2 energetik içki və bir kassa aparatını götürən şəxs ərazidən uzaqlaşıb.İlkin qiymətləndirməyə görə, market sahibinə 337 manat dəyərində maddi ziyan dəyib Hadisə ilə əlaqədar Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis bölməsinə məlumat verilib. Ərazidə olan hüquq-mühafizə orqanları əməkdaşları marketdən təqribən 30 metr aralıda oğurlanmış kassa aparatını yararsız vəziyyətdə aşkar ediblər. Faktla bağlı araşdırma aparılır.

Nə düşünürsən?