Dünyada bu gün nələr olub?

  • 16.05.2020
  • 0

1. Azərbaycanın əməkdar həkimi, pediatr və səhiyyə təşkilatçısı, tibb elmləri doktoru, professor Kübra Yəhya qızı Fərəcova 1907-ci il mayın 16-da Qubada anadan olub. 2. Azərbaycanın xalq artisti, aktyor Arif Əli oğlu Quliyev 1950-ci ilin bu günü Şirvanda anadan olub. 3. Azərbaycanın əməkdar artisti Nəcibə İbrahim qızı Hüseynova 16 may 1952-ci ildə Bakıda anadan olub. 4. Ədəbiyyatşünas, publisist, tənqidçi, pedaqoq Abdulla Ağa Məhəmməd oğlu Məhəmmədzadənin anım günüdür. 5. Bu gün Azərbaycanın əməkdar incəsənət xadimi, kinooperator, rejissor, ssenarist Arif Əmirbəy oğlu Nərimanbəyovun xatirə günüdür. 6. Müəllim, yazıçı və dissident Oqtay Kərim oğlu Rəfilinin (Oqtay Eldəgəz) anım günüdür. 7. Şəhid Qaytaran İbrahim oğlu Abbasovun xatirə günüdür. O, 1964-cü il yanvarın 12-də Zəngilan rayonunun Qıraq Müşlan kəndində anadan olub.

Nə düşünürsən?