Siyavuş Novruzov: “Əli Kərimlini başçının müavini təyin etsən...”

  • 15.05.2020
  • 1.2K baxış
  • 0

“Əli Kərimli üçün göydən dollar, funt sterlinq yağışı yağır?” Minval.info xəbər verir ki, bu sözləri TV Müsavatın “Canlı debat” verilişinə qonaq olan YAP-çı deputat Siyavuş Novruzov deyib. Onun sözlərinə görə, həyat bəzən bəzi müxalifətçilərin korrupsioner olduğunu sübut edir. Bununla bağlı istənilən qədər sübutu olduğunu deyən S.Novruzov sözlərini belə davam etdirib: “Milli Şuraya daxil olanlar və konkret Əli Kərimli. 15 ildir işləmirlər, indiyə qədər də bir manatla bağlı MSK-ya hesabat verməyiblər. Sual olunur: 15 ildir işləmirsən, xidməti maşının hamınınkından bahadır. Cangüdənlərin var, onlar da hava yemir. O cümlədən sosial şəbəkədə çalışanların. Müvafiq qurumlar bunu dəvət edir ki, gəlirlərinlə bağlı hesabat ver. “Siyasi partiyalar haqqında” qanun buna imkan verir. Amma yaxınlaşan kimi bir bəyanat Avropadan, biri Asiyadan gəlir. Freedom House, digərləri başlayırlar ki, Azərbaycanda müxalifətə qarşı basqılar var. Bir nəfər yaxın adamın Azərbaycanda yaşamır, hamısı xaricdədir. Uşaqların ən bahalı məktəblərdə oxuyurlar. Göydən dollar, funt sterlinq yağırsa, gedək, görək o yağış hardadır? Aydındır ki, bu pullar bu və ya digər şəkildə korrupsiyadan gəlir. Dəfələrlə Gürcüstandan, digər yerlərdən müavinləri pul gətirəndə tutulublar. Almaniya polisi araşdırmanı aparmışdı. 150-dən çox arayış ortaya qoyuldu, hərəsindən 2 min manat almaqla yazılıb ki, siyasi baxışlarına görə sığınacaq hüququ verilməlidir. Sabah bu adamı icra başçısının müavini təyin etsən, gələn yardımların hamısını mənimsəyər. Bəzi insafsızlar bu yardımın yarısını çatdırırlar heç olmasa. Bunlar gəlsə, heç birini də çatdırmazlar”. Minval.info

Nə düşünürsən?