"Kontakt Home"-u ittiham etdi: "Dövlətin verdiyi pulu..."

  • 15.05.2020
  • 0

""Kontakt Home" şirkəti işçilərinin maaşından dövlətin verdiyi pulu kəsib" Minval.info xəbər verir ki, bu sözləri AĞ Partiyanın lideri Tural Abbaslı deyib. Partiya sədri bildirib ki, "Dövlət şirkətlərə işçilərini karantində işdən azad etməsin deyə yardım etdi. Məsələn, "Kontakt Home" şirkətinin işçilərinə dövlət 125 manat pul verdi. İşçilər işə qayıdan kimi şirkət o pulu işçilərin maaşından çıxdı. Dövlətin verdiyi yardımı işçilərinə verib, "1 ay karantində evdə oturmusan, işləməmisən" dedidlər, sonra da o pulu ciblərindən veriblərmiş kimi işçilərin növbəti maaşından çıxdılar. Əminəm ki, bütün şirkətlər eyni addımı atıb".  Minval.info

Nə düşünürsən?