Bakıda daha bir bahalaşma

  • 14.05.2020
  • 0

Koronavirus pandemiyasının zərər vurduğu sahələrdən biri də əmlak bazarıdır. Artıq bir neçə aydır ki, bu sahədə də durğunluq müşahidə edilir. Tələb az olduğundan qiymət də aşağı düşməlidir. Amma hazırda daşınmaz əmlak bazarında bunun tam əksi müşahidə olunur. Əmlak bazarında akitvlik son 20 ilin ən aşağı həddinə düşsə də, qiymətlər yenə də bahalaşıb. Bu ilin mart ayından başlayaraq bazarda durğunluq hökm sürür. Tələb təklifə nisbətən xeyli azalsa da, qiymətlər yenə də aşağı düşmür. Əmlak ekspertləri bunu müxtəlif səbəblərlə izah edir. Daşınmaz əmlak sahəsi üzrə ekspert Nüsrət İbrahimovun sözlərinə görə qiymətlərin artmasına digər səbəb neftin qiymətinin düşməsidir. Torpaq bazarında da həm mövsüm həm də koronavirus pandemiyası səbəbindən durğunluq müşahidə edilir. Lakin qiymət artımı var. Ekspertlər hesab edir ki, qarşıdakı aylarda pandemiyanın davam edəcəyi halda mənzil bazarında vəziyyət dəyişəcək. Tələb təklifdən asılı olaraq qiymət də dəyişə bilər.