Kreditini ödəyə bilməyənlərin diqqətinə!

  • 13.05.2020
  • 0

Araşdırmalar göstərir ki, banklar krediti ödəyə bilməyən vətəndaşlara Mərkəzi Bankın tövsiyyələrindən də əlavə güzəştlər edir. Amma vətəndaşlardan bankların kredit borcunu tələb etməsi ilə bağlı şikayətlər də daxil olur. Bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib. O bildirib ki, hazırda bu cür şikayətlər araşdırılır və müvafiq qərar qəbul ediləcək. Elman Rüstəmov bağlanan banklardakı əmanətlərin aqibətindən də danışıb. Kredit borcunun ödənilməsi məcburi şəkildə tələb olunarsa, vətəndaşlar Mərkəzi Banka müraciət edə bilər. Bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov bu gün keçirilən mətbuat konfransında deyib. O qeyd edib ki, Maliyyə sektorunda müsbət meyllər müşahidə olunur. İlk 4 ayda kredit portfeli 1,9% artıb. Bunun da əsas mənbəyi biznes kreditləridir. Biznes kreditlərində 4,1%, ipoteka kreditlərində 5,2% artım olub, istehlak kreditləri isə 4,1% azalıb. Elman Rüstəmov pandemiya dövründə krediti ödəyə bilməyən vətəndaşların məsələsindən də danışaraq vurğulayıb ki, banklar krediti ödəyə bilməyən vətəndaşlara Mərkəzi Bankın tövsiyyələrindən də əlavə güzəştlər edir. Amma vətəndaşlardan bankların kredit borcunu tələb etməsi ilə bağlı şikayətlər də daxil olur. Hazırda bu cür şikayətlər araşdırılır və müvafiq qərar qəbul ediləcək. Elman Rüstəmov bağlanan 4 bankdan da danışaraq deyib ki, həmin banklarda 211 milyon manatlıq ipoteka kreditləri var. İpoteka və Kredit Zəmanət Fondu özü müəyyənləşdirəcək ki, miqrasiya hara, hansı banka edilsin. Bağlanan banklardakı əmanətlərin 99%-dən çoxu sığortalıdır. Qorunmayan əmanətlərin həcmi isə 3 milyon manat təşkil edir. Əmanətlərin qaytarılmasını mərhələli olaraq ləğvedici həyata keçirəcək. Həmin bankların plastik kartları ilə maaş alanların da aqibəti ləğvedicinin qərarına əsasən müəyyən ediləcək. Elman Rüstəmov həmçinin qeyd edib ki, hazırda manatın məzənnəsi sabitdir. İlk dörd ayın nəticəsinə əsasən, orta inflyasiya 3% təşkil edib. Bu da Mərkəzi Bankın və hökumətin hədəfindən aşağıdır.

Nə düşünürsən?