Bakıda plastik əməliyyat zamanı ölən qızın görüntüləri yayıldı

  • 13.05.2020
  • 0

Bakıda plastik əməliyyat zamanı ölən qızın fotoları yayılıb. BAKU.WS xəbər verir ki, Turanə Musazadənin şəkilləri sosial şəbəkələrdə paylaşılıb. Qeyd edək ki, hadisə mayın 11-i “Baku Medical Plaza”da baş verib. “Qafqazinfo”nun verdiyi xəbərə görə, 1996-cı il təvəllüdlü Turanə Musazadə klinikaya müraciət edərək xarici görünüşündən narazı olduğunu bildirib. O, müayinə edilərək əməliyyata alınıb. T.Musazadə plastik cərrahiyyə əməliyyatı zamanı vəfat edib. Hüquq-mühafizə orqanları tərəfindən meyitə baxış keçirilib, məhkəmə tibb ekspertizası təyin edilib. Məlumata görə, T.Musazadə bundan öncə də 2 dəfə plastik əməliyyat keçirib. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Nə düşünürsən?