Taksi sürücüsü yolunu kəsdiyi şəxsə dəmirlə hücum edib

  • 12.05.2020
  • 0

Bakıda qaydaları kobud şəkildə pozan sürücünun xuliqanlıq etməsi kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə 12 may, saat 16:39 radələrində Sabunçu rayonu, Zabrat yolunda qeydə alınıb.

 

99 AF 375 dövlət nömrə nişanlı, üzərində taksi olan avtomobilin sürücüsü əks istiqamətdə hərəkət edir. Bu zaman qarşıdan gələn nəqliyyat vasitəsinin sürücüsünün önünə çıxır. Sürücü ona zolağına qayıtmasını bildirir. Bu zaman avtomobildən düşən qayda pozan sürücü təkidlə ona yol verilməsini tələb edir. Etiraz ilə qarşılaşandan sonra isə avtomobilə qayıdaraq dəmir boru götürür və digər sürücüyə hücum çəkir. Taksidə əyləşən yaşlı sərnişinin müdaxilə etməsindən sonra geri çəkilən şəxs sürücünü təhdid də edir.

Ümid edirik ki, Daxili İşlər Nazirliyi məsələni araşdıraraq müvafiq tədbirlər görəcək. Videonu təqdim edirik:

Nə düşünürsən?