Mühacirətdə Qərbi Azərbaycan (İrəvan) Respublikası yaradıldı

  • 10.05.2020
  • 0

Mühacirətdə Qərbi Azərbaycan (İrəvan) Respublikası yaradıldı Türkiyənin Erciyes Universitetinin professoru, ermənişünas alim Qafar Çaxmaqlının sədri olduğu Təşəbbüs Qrupu Bütöv Azərbaycan Ocaklarının (BAO) təşkilatçılığı ilə keçirilən bir video-konfransda Mühacirətdə Qərbi Azərbaycan (İrəvan) Respublikasını elan edib. Bu münasibətlə mediaya müsahibəsində professor Qafar Çaxmaqlı bu ideyanın uzun müddətdən bəri istər Azərbaycanın, istərsə də Türkiyənin gündəmində olduğunu bildirib. O, qeyd edib ki, dünyanın müxtəlif yerlərində yaşayan Qərbi Azərbaycan mənşəli insanların arzularının gerçəkləşməsi yolunda belə bir qətiyyətli addım atılıb. Qafar Çaxmaqlı bildirib ki, “Tarix bu addımın atılmasında nə qədər haqlı olduğumuzu ortaya qoyur. Uzun əsrlər boyu daimi yaşayış məskənimiz olan Qərbi Azərbaycanda bizim milli dövlətimiz olmuşdur, bu dövlətin hakimiyyəti altında yaşayan digər xalqlar ədalətlə idarə edilmiş, onların milli-mədəni inkişafı təmin edilmiş, heç zaman milli və dini ayrı-seçkiliyə yol verilməmişdir. Mənimlə razılaşarsınız ki, Azərbaycan dövlətçiliyinin varislərindən olan İrəvan xanlığı çox da uzaq tarix deyildir. Rusiya İrəvanı işğal edərək buradakı dövlətçiliyimizə son vermişdir. Bu cəhət nəzərə alınmalıdır ki, 1918-ci ildə Azərbaycan hökuməti İrəvanı ermənilərə müəyyən şərtlərlə vermişdi. Ermənilər bu şərtlərə razılıq versələr də, sonradan bu şərtləri pozmuşlar. Zəngəzur və Dağlıq Qarabağa iddialardan əl çəkməmişlər. Onun biri Ermənistan deyilən dövlətə birləşdirilmiş, digəri isə hal-hazırda işğal altındadır. Azərbaycan torpaqlarında yaradılan bu qondarma dövlətin ərazilərinə sonradan SSRİ rəhbərliyinin göstərdiyi “qayğı” nəticəsində bizim torpaqlardan əlavə “pay” torpaqlar qatılmaqla, Ermənistanın ərazisi 9 min kv. km-dən 29 min kv-km-ə çatdırılmışdır. Bunun ardınca da Azərbaycan türklərinin bu ərazilərdən müxtəlif bəhanələrlə və basqılarla köç etdirilmə siyasəti davam etdirilmişdir. Bu, dövlət səviyyəsində aparılmışdır. Onlardan bir örnək 1947-ci il dekabrın 23-də SSRİ Nazirlər Sovetinin qərarıdır. “Kolxozçuların və digər azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” qərara və çoxsaylı sənədlərə əsaslanaraq deyə bilərik ki, indiki Ermənistan bizim tarixi vətənimizdir və burada bir dövlət qurmağa haqqımız çatır.” Qafar Çaxmaqlının sözlərinə görə, Azərbaycana qarşı daim ərazi iddiaları irəli sürən və torpaqlarımızın bir hissəsini üçüncü onillikdir ki, işğal altında saxlayan Ermənistandan dədə-baba torpaqlarımızı, 1918-ci ildə müvəqqəti olaraq verdiyimiz İrəvan şəhərini, Zəngibasarı, Göyçəni, Zəngəzuru, Gümrünü, Dərələyəzi və digər tarixi ərazilərimizi geri tələb etməyin vaxtı çatıb: “Biz bir qrup Qərbi Azərbaycan kökənli ziyalılar bu məqsədləri reallaşdırmaq və bu yerin insanlarının haqq və hüquqlarını müdafiə etmək üçün Mühacirətdə Qərbi Azərbaycan (İrəvan) Respublikasını elan edirik”. Qafar Çaxmaqlının bildirdiyinə görə əvvəlcə bu respublikanın Milli Şurası fəaliyyətə başlayacaq. Daha sonrakı mərhələdə respublikanın Milli Məclisi seçiləcək və hökumət formalaşdırılacaq. Musiqi: The Machines Dream 4:42 South London HiFi Rəqs & Elektron | Rəqs üçün TarPas kanalının təqdimatı: https://youtu.be/xtoXlnTmCQw TarPas kanalı "bax.tv"də: https://bax.tv/az-channel/605.html TarPas "twitter"də: https://twitter.com/Cekli829 Tövsiyə etdiyim videolarım: ➡Missisipidə doğulub, İstanbulda ölən unikal insan – Qara Rus – Frederik Brüs Tomas https://youtu.be/350YFZ5rfPA ➡Gözəl kimdir? | 18+2 ölkədə gözəllik kriteriyaları | Qeyri-səlis məntiqin yaranması https://youtu.be/0a5w3gD5nMs ➡Hallabonq / Dekopon nədir? Portağal, yoxsa mandarin? Azərbaycan onu əkən 5-ci ölkədir https://youtu.be/E1ztUz7wPro ➡Toy ildönümləri https://youtu.be/Nu4ID4l1YV0 ➡Oktoberfest — Almaniyada hər il keçirilən pivə festivalı https://youtu.be/WVa9JrUv8ak ➡Kahin Şipton Ananın həyatı | Nostradamus, Vanqa və başqalarından da qüdrətli kahin - II hissə https://youtu.be/RQOGD2_cwMk ➡Əjdaha meyvəsi / Pitahaya, Pitaya, Kaktus meyvəsi, Ejder meyvesi, Dragon fruit - Tropik superqida https://youtu.be/8fMJ2nTzYNw ➡Yəhudi xalqının yeni il bayramı – Roş-Ha-Şana / Rosh Hashanah / ראש השנה https://youtu.be/zXYVomBFJRw ➡Ge Hinnom vadisi – Bu Dünyadakı cəhənnəm, tarix boyu dünyanın ən qorxulu yeri https://youtu.be/VWOiTLOBcno ➡Ölülər Günü / Latın Amerikasında – əsasən də Meksika, Qvatemala, Honduras və Salvadorda qeyd olunur https://youtu.be/lL-zRmz1iSM ➡İmza nədir? 100 məşhur şəxsin imzası https://youtu.be/1Z0ibH1Y4OY ➡Yapon əzgili - Yeni dünya meyvəsi / Muşmula və onun faydaları https://youtu.be/JkX4r3Z2NSs ➡Kinkan meyvəsinin faydaları https://youtu.be/FUn-0l8skTI ➡Qubada futbol https://youtu.be/GTifozD-Mlk Musiqi: YouTube Library

Nə düşünürsən?