11 maya olan hava ilə bağlı xəbərdarlıq edildi!

  • 10.05.2020
  • 0

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə bəzi yerlərdə yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən APA TV-yə verilən məlumata görə, səhər duman olacaq, arabir güclənən şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 9-11, gündüz 17-20, Bakıda gecə 9-11, gündüz 18-20 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi 764 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq. Mayın 11-də Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 7-12, gündüz 15-20, dağlarda gecə 1-6, gündüz 8-13 dərəcə isti olacaq.

Nə düşünürsən?