Həyat yoldaşından pul gizlətməyin axırı belə oldu

  • 10.05.2020
  • 0

Arvadından pul gizlətmək kişiyə baha başa gələcəkdi. Sfera.az xarici mətbuata istinadən xəbər verir ki, kuryoz hadisə Qazaxıstanda baş verib. Məlumata görə, Türküstan vilayətində baş verən daşqınlardan zərər çəkən sakinlərə yardım etmək istəyən qadın ərinin paltarlarından seçib göndərib. Onların arasında kişinin cibində pul gizlətdiyi gödəkçə də olub. Arvadının "xeyriyyəçiliyini” eşidən kişi gecə ilə humanitar yardımın dalınca düşüb. Ancaq xoşbəxtlikdən axtarışlar nəticəsini verib: 3100 dollar (5,259 AZN) sahibinə qayıdıb.

Nə düşünürsən?