Pakistanda çəyirtkə “hücumu”

  • 09.05.2020
  • 4 baxış
  • 0

Dünya koronavirusun yayılması ilə mübarizə apararkən, digər tərəfdən çəyirtkə sürülərinin istilaları davam edir. Sondakika.com xəbər verir ki, Pakistanda son üçayda ikinci dəfə çəyirtkə sürülərinin əkin sahələrinə yayılması səbəbindən fövqəladə vəziyyət elan edilib. Sind əyalətinin Heydərabad bölgəsində çəyirtkə işğalı kənd təsərrüfatı sahələrini məhv etdiyi üçün belə qərarverilib. Türkiyə və İran ölkə səviyyəsində böyük əkinçilik sahələrini yox edən və milyonlarla insan üçün ərzaqla təminatriski yaradan çəyirtkə hücumlarına qarşı mübarizədə Pakistana əməkdaşlıq təklif ediblər. Digər tərəfdən, Çin son aylarda çəyirtkə istilası ilə mübarizə aparmaq üçün Pakistana 100 min ördək göndərib. Hər ördəkgündə 200-ə qədər çəyirtkə yeyir,məhsula isə toxunmur./oxu.az

Nə düşünürsən?