Qatar dəmir yolunda yatan insanların üstündən keçdi

  • 08.05.2020
  • 0

Hindistanın Maharaştra ştatında yük qatarının dəmir yolunda yatan miqrantları vurub. Hadisə nəticəsində azı 14 nəfər həlak olub, daha 5 nəfər yaralanıb. Bildirilir ki, yolda yatan şəxslər ərazidəki sahələrdə işləyənlər olub və onlar dəmiryolu sahəsi quru olduğu üçün burada istirahət etmək qərarına gəliblər. Belə ki, maşinist dəmiryolunda yatan əmək miqrantlarını gördükdə qatarı dayandırmağa çalışıb, ancaq buna müvəffəq olmayıb. Bütün yaralılar Auranqabad xəstəxanasına yerləşdirilib. Onların vəziyyəti haqqında məlumat verilmir./publika.az

Nə düşünürsən?