Bu şəxs internetdə müəllimlərə pulsuz təlim keçir

  • 04.05.2020
  • 0

Gəncə sakini karantin günlərində boş qalan vaxtını ictimai faydalı bir işə yönəltmək qərarına gəlib. O, onlayn dərs keçən müəllimlərə testlərin elektronlaşdırılması ilə bağlı pulsuz təlim keçir. Əsl fəaliyyəti turizm sahəsində olan fariz hüseynov bu qərara övladlarının onlayn dərslərini izlədikdən sonra gəlib. 3 məktəbli övladına internet üzərindən keçilən dərsləri müşahidə etdi, şagird və müəllimlərin üzləşdiyi çətilikləri gördü və bu işə öz töhfəsini vermək qərarına gəldi. Turizm sahəsində menecer işləyən Gəncə sakini Fariz Hüseynov karantinlə bağlı qazandığı əlavə vaxtı təhsil sahəsinə fayda verməyə yönəldib. Pulsuz onlayn kurslara müəllimləri cəlb etmək işində ona təlim-treninq sahəsində təcrübəsi olan Elnarə Qaraxanova kömək edib. Qısa müddətdə ölkənin müxtəlif bölgələrindən olan 150-dək müəllim internet üzərindən qeydiyyatdan keçib. Təlimdə əsasən müəllimlərə onlayn dərslər zamanı istifadə etdikləri testləri elektronlaşdırmaq bacarıqları aşılanıb. Müəllimlər bildiriblər ki, təlimdə öyrəndikləri bacarıqlar onlara Təhsil Nazirliyi tərəfindən yaradılan Virtual Məktəb platformasından istifadə zamanı da dəstək olur.

Nə düşünürsən?