Ramazan ayında bütün günü yatmaq orucu pozurmu?

  • 02.05.2020
  • 0

Ramazan ayında bütün günü yatmaq orucu pozurmu? İslam dininə görə ayların ən fəzilətlisi olan müqəddəs Ramazan ayı əslində oruc tutmaq, xeyirxah işlər görmək, ac insanı doyurmaq və bu kimi savab işlərlə məşğul olmaq üçün bir fürsətdir. Lakin bəzi müsəlmanlar bu işləri təkcə “oruc tuturam” və ya “orucluyam” – deyərək təxirə salır, savab işləri bir kənara ataraq, bütün günü yatmağa və yuxuda olmağa üstünlük verirlər. Hətta deyərdim ki, aclıq və susuzluğu hiss etməmək üçün elə hey yatan insanlar kifayət qədər çoxdur. Bəs görəsən, Ramazan ayında bütün günü yatmaq orucu pozurmu? Din xadimləri belə bildirirlər ki, Ramazan ayı yuxu, tənbəllik və ətalət ayı deyildir. İnsan bu ayda heç bir dünyəvi və axirət işlərini təxirə salmamalı, səhlənkarlığa yol verməməlidir. Yatmaq orucu pozmasa da Ramazan ayı ibadət ayı olduğu üçün hər bir müsəlman buna diqqət etməli və həddindən artıq tənbəllik və yuxuya meyl göstərməməlidir. Oruc vacib bir əmrdir. Orucluq vaxtı işləmək də, yuxu da, istirahət də lazımdır. Doğrudur, İslamda orucluq vaxtı yatmaq qadağası yoxdur. Lakin savab bir iş görən insanla, iş görməyib bütün günü yatan insanın tutduğu orucunun fəziləti eyni ola bilməz. Amma ifrata vararaq, ya çox yatmaq, ya da çox işləmək də düzgün deyil. Ona görə də hər şey qədərində olmalıdır. Ramazanda çox yatmaq orucu batil etməsə də, bundan uzaq durmaq lazımdır. Əsas diqqət edilməli məqam orqanizmanın ehtiyacının olduğu qədər yatmaqdır. Amma bu o demək deyil ki, oruc tutan şəxs gündüzlər yata bilməz. Bəli, oruc tutan şəxs gündüzlər yata bilər. Belə ki, bu ayda insanlar başqa aylardan daha çox yatmağa meyl edərlər. Çünki bədən zəif düşər və nəticədə də insan gücünü bərpa etmək üçün yuxuya ehtiyac duyar. Ona görə də oruc tutan şəxsin gündüzlər yatması onun üçün sadəcə yuxu deyildir, bu onun gecə ibadət etməsindən ötrü oyaq qalmaq üçün güc toplamaqdır. Xüsusilə də günorta vaxtı, zöhrdən əvvəl dincəlmək bədəndəki yorğunluğu aparır, hafizəni gücləndirir, zehni açır. Din xadimlərinin fikirlərini ümumiləşdirdikdə, yekun nəticə belədir: Ramazan ayı ibadət ayıdır və bu ayı bütünlüklə yuxuda keçirmək olmaz. Çünki Ramazan ayı günahların bağışlanması, savabların artması kimi müxtəlif imkan və fürsətlərin yarandığı bir aydır. Allah tutduğunuz orucları qəbul etsin! Musiqi: YouTube Library Darkest Child 3:58 Kevin MacLeod Sinematik | Sakit Bu mahnını istifadə edərək videonuzdan pul qazana bilərsiniz, lakin videonun təsvirinə bunları qeyd etməlisiniz: Kevin MacLeod tərəfindən Darkest Child Creative Commons Attribution lisenziyasına uyğun lisenziya alıb (https://creativecommons.org/licenses/by/4.0/) Qaynaq: http://incompetech.com/music/royalty-free/index.html?isrc=USUAN1100783 İfaçı: http://incompetech.com/

Nə düşünürsən?