Postda saxlanılan sürücü polisə: "Əl-qol atma"

  • 30.04.2020
  • 0

Xüsusi karantin rejimi səbəbi ilə qurulan yoxlama-buraxılma postunda saxlanılan sürücünün spirtli içki qəbul etdiyi aydın olub. YPX.AZ xəbər verir ki, yoxlama-buraxılma postunda saxlanılan sürücü əvvəlcə polis əməkdaşlarına tabesizlik göstərib, daha sonra yoxlamadan keçməsi üçün tibbi müayinəyə aparılıb. Belə ki, ayaq üstə dayana bilməyən sürücü polislərə, “içmişəm, yaxşı etmişəm” - dedikdən sonra, sürücünü patrul avtomobilinə yönləndirən polis əməkdaşına “əl-qol atma” deyərək reaksiya verib. Ayaq üstə dayanmaqda və danışmaqda çətinlik çəkən sürücü, patrul avtomobilinə mindirilərək tibbi müayinədən keçirilməyə aparılıb. Həmin görüntüləri sizlərə təqdim edirik:

Nə düşünürsən?