“WhatsApp” istifadəçilərini həyəcanlandıran xəbər

  • 07.01.2021
  • 0

Dünyanın ən məşhur mesajlaşma proqramı olan "WhatsApp”a yeni funksiyalar gələcək. "WhatsApp” bu il altı yeni funksiyasını ilə istifadəçilərinin ixtiyarına verəcək. Onlardan bəziləri artıq sınaq mərhələsindədir. 2021-ci ildə istifadəyə verilə biləcək 6 "WhatsApp” xüsusiyyəti bunlardır: Çoxlu cihaz dəstəyi Keçən ilin noyabr ayında beta versiyasında görülən bu xüsusiyyət aktivləşdirildikdə "WhatsApp” istifadəçiləri platformaya eyni anda birdən çox cihazdan daxil ola biləcəklər. Hazırda yalnız masaüstü və mobil cihaz vasitəsilə giriş imkanı verən "WhatsApp” üç və ya daha çox cihazdan açıla biləcək. "WhatsApp Web” masa üstü tətbiqi ilə zəng etmək "Windows” və "macOS” masaüstü tətbiqləri ilə səsli zənglər etmək olacaq. Videoların səssizləşdirilməsi "WhatsApp” kiməsə göndərilən və ya status yenilənməsi olaraq yüklənən videoların səssizə alınması seçimi yoxdur. Lakin yaxın zamanlarda istifadəçilər videonu səssizləşdirmək imkanına sahib olacaqlar.

Nə düşünürsən?