Robotottexnika sahəsində layihəyə start verildi

  • 30.10.2020
  • 0

Şirvan şəhər M.İsrafilov adına 18 saylı Təbiət-humanitar təmayüllü məktəbin coğrafiya müəllimi Hətəmova Pərvanə Müslüm qızı Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə IV qrant müsabiqəsinndə iştirak edərək “Lego Lab Oyundan hobbi ilə peşəyə” əyləncəli, praktik, robotiks dərslər – layihəsinin qalib olmuşdur. Müasir dünyada robototexnikanın inkişafının bütün təsərrüfat sahələrində tətbiqinə böyük təsiri vardır. Robototexnika laboratoriyalarının divarlarında getdikcə çox sayda məişət robotu yaradılır, "ağıllı maşınlar" getdikcə iş yerində bir, hətta bir neçə adamı əvəz edir. Bu şəraitdə robototexnika yeni təhsil texnologiyası və müasir mühəndis kadrları yetişdirmək üçün bir vasitə kimi mühüm əhəmiyyət daşıyır. XXI əsrin ən son texnologiyası olan robot texnologiyasından istifadə gündəlik məktəb təcrübəsinə innovasiya və yaradıcılıq gətirir, professional müəllimlər üçün unikal həllər təklif edir. Layihənin əsas məqsədi də Texniki yaradıcılıqlarının inkişafı - mühəndislik texnolojı sistemin təməlinin qoyulmasıdır. Layihə əsasən müəllim və 13-14 yaş səviyyəsini əhatə edən şagirdlər üşün nəzərdə tutulub. Layihənin aktuallığı ondan ibarətfir ki, robototexnika sahəsindəki robotiks dərsləri vasitəsilə şagird və müəllimlər virtual və real dünya arasındakı fərqi anlayacaqlar. Robototexnika sahəsindəki həllərin, əlavə tədris prosesinin bir hissəsi kimi proqramlaşdırma əsasında rəqəmsal bacarıqlardan istifadə edilməsi şagirdlərin texnoloji və dizayn mədəniyyətini formalaşdırmağa imkan verəcəkdir. Bu layihə çərçivəsində də 13-15 yaşlı şagirdlər problemlərin həllinə yaradıcı yanaşma, ünsiyyət və mühəndislik sahəsində robotların qurulması və proqramlaşdırılmasının əsaslarını izləmək və onlayn tətbiq etməklə, rəqəmsal bacarıqlara yiyələnərəklər. Gələcəkdə bu, rəqəmsal bilik və bacarıqların inkişafına yönələdiləcək. Layihə cərcivəsində LEGO MINDSTORMS EV3 tətbiqi, robotlarının qurulması, proqramlaşdırma dərsləri sayəsində şagirdlərdə elm və mühəndislik mövzusununun öyrənmələrinə böyük maraq yaranır. Uşaqların 21-ci əsrdə fəaliyyət göstərmək üçün lazımi bacarıqlarla təchiz edərkən, təxəyyül inkişaf etdiririk və hədəfə çatmaqda müəllimlərin dəstəyi ilə əzmkarlıq öyrədirik. 29.10.2020-ci ildə layihənin açılındaşında ekspert olaraq PİK - Peşəkər İnkişaf və Keyfiyyət mərkəziinin direktoru Ramil Süleymanov, Şirvan şəhər M.İsrafilov adına 18 saylı Təbiət-humanitar təmayüllü məktəbin direktoru İsmayıl Yusubov, Şirvan şəhər məktəblərindən rəhbər işcilər, şəhər pedaqoji heyəti iştirak edərək, layihənin məqsəd və vəzifələri ilə bağlı fikir və munasibət bildirmişlər və bu iştirakçılar tərəfiindən cox yüksək səviyyədə qarşılanmışdır.

Nə düşünürsən?