Qarabağa dəymiş ziyan dünyaya belə çatdırılacaq

  • 23.04.2021
  • 0

Qarabağ Dirçəliş Fondu Qarabağa Böyük qayıdışın bir hissəsidir. Qarabağda bərpa prosesi uzunmüddətli olduğu kimi, fondun fəaliyyəti də dayanıqlı olmalıdır.

Toplanan vəsaitlər düzgün idarə olunmalıdır. Həmçinin Qarabağa dəymiş ümumi ziyanla bağlı dünya ictimaiyyətini məlumatlandırmaq üçün "Qarabağ Mərkəzi"- Kharabakh Centre portalı da istifadəyə verilib.

Qeyd edək ki, “Qarabağ Dirçəliş Fondu” publik hüquqi şəxsi Azərbaycan Respublikası Prezidentinin 4 yanvar 2021-ci il tarixli Fərmanı ilə yaradılıb. Fondun məqsədi Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulmasına, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyinin göstərilməsi, sərmayələrin cəlb edilməsidir.

Nə düşünürsən?