Minatəmizləyici qurğunun istismarına başlanıldı

  • 10.02.2021
  • 0

Türkiyədən alınan mexaniki minatəmizləmə texnikasının sınağı keçirilib Azərbaycan Ordusunun Mühəndis Qoşunlarının maddi-texniki təminatının yaxşılaşdırılması, azad edilmiş ərazilərdə aparılan minalardan təmizləmə işlərinin sürətləndirilməsi və təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədilə Türkiyə Respublikasından alınan müasir tələblərə cavab verən mühəndis texnikası və avadanlıqlarının sınaq mərhələsi həyata keçirilib. Mühəndis Qoşunları İdarəsinin rəisi Anar kərimov bildirdi ki, qardaş ölkədən ilkin mərhələdə 20 ədəd mekaniki minatəmizləmə texnikasinin alınıb. Mühəndis-istehkam bölmələri tərəfindən müasir texnika və avadanlıqlardan istifadə etməklə ərazilərin minalardan və partlamamış döyüş sursatlarından təmizlənməsi işləri praktiki olaraq həyata keçirilib. Texnika qısa zamanda işğaldan azad edilmiş ərazilərdə minalardan və partlamamış döyüş sursatlarından təmizlənməsi işinə qatılacaq. Türkiyədən alınan mexaniki mina təmizləmə texnikasının tətbiqi nəticəsində ərazilərin minalardan və partlamamış döyüş sursatlarından təmizlənməsi zamanı vaxt sərfiyyatında qısalma olacaq. Texnikalar 500 metrədək məsafədən idarə olunur. Azərbaycan Ordusunun arsenalına qəbul olunan hərbi texnikaların dərindən öyrənilməsi və bacarıqla istifadə edilməsi məqsədilə hərbi qulluqçular üçün beynəlxalq kurslar təşkil edilib. Kursu müvəffəqiyyətlə bitirən hərbi qulluçlulara müvafiq sertifikatlar təqdim edilib. REAL

Nə düşünürsən?