“Microsoft” işçilərinə ağaclarda ev tikir

  • 18.10.2017
  • 0

“Microsoft” şirkəti öz əməkdaşları üçün təbiətdə evlər tikməyə başlayıb. Oxu.Az İKT.lent.az-a istinadən məlumatına görə, bu evlər taxtadan düzəldilib və ağacda yerləşir. Proqram təminatçısı nəhəngi belə evlərin tikintisini onunla izah edir: alimlərin araşdırması göstərir ki, təbiətdə olmaq əməkdaşların iş qabiliyyətini və yaradıcılıq imkanlarını artırır. Bu ana qədər istehsalçı artıq iki belə ev inşa edib, toplantı və konfransların keçirilməsi üçün nəzərdə tutulan otağın inşasını isə yekunlaşdırmaq üzrədir. Bütün tikililəri “Treehouse Masters” televiziya şousunun aparıcısı Pit Nelson layihələndirib. Evlərin yerləşdiyi ərazilər Wi-Fi ilə əhatə olunub, işıq çəkilib, ağacların birində kafeteriya da açılıb. Yerdə isə kreslolar düzülüb, qazla işləyən küçə kamini qoyulub, işçiləri günəş və yağışdan qoruyacaq örtük inşa edilib. Aydın havada isə örtüyün üzərində şirkətin loqotipi də görünür. Şirkətdə hesab edirlər ki, belə evlər 20 ilə qədər xidmət edəcək. Onlar elə inşa ediliblər ki, ağaclar böyüyə bilsin və buna heç nə mane ola bilməsin.

Nə düşünürsən?