Ekranı dartmaqla böyüdülməsi mümkün olan smartfon

  • 18.11.2020
  • 23 baxış
  • 0

Çinin "Oppo” şirkəti "X 2021” yeni ağıllı telefon konsepsiyasını nümayiş edib. Cihaz korpusdan çıxan elastik ekranla təchiz edilib. Bu barədə "XDA-Developers” xəbər yayıb. Standart vəziyyətdə smartfon adi müasir cihaza bənzəyir. Ancaq onun kənarlarını çəkmək kifayətdir ki, 7.4 düymlük tabletə çevrilsin. Smartfonun xüsusiyyətləri, habelə nə vaxt və hansı qiymətə satışa çıxarılacağı barədə hələ ki, heç bir məlumat verilməyib./oxu.az

Ən son xəbərlər üçün Telegram kanalımızı izləyin