DİM-in elektron xidmətləri fəaliyyətini dayandırır

  • 12.03.2021
  • 0

Dövlət İmtahan Mərkəzinin elektron xidmətləri fəaliyyətini dayandırır.

BAKU.WS BAKU.TV-yə istinadən xəbər verir ki, bununla bağlı Dövlət İmtahan Mərkəzi qurumun elektron xidmətlərindən istifadə edən şəxslərə müraciət edib.

Bildirilir ki, server infrastrukturunun yeni ünvana köçürülməsi ilə əlaqədar 17,18,19 mart tarixlərində Mərkəzin bütün elektron xidmətlərinin və informasiya sistemlərinin, o cümlədən “Tələbə-məzun”, “Şagird-məzun”, “Musiqi məktəbi-məzun” sistemi, “Dövlət qulluqçularının Reyestri” informasiya sisteminin fəaliyyətinin dayandırılması planlaşdırılır.

Qeyd edək ki, bu müddət ərzində Mərkəzin internet saytının digər bölmələri işlək vəziyyətdə olacaq.

Nə düşünürsən?