Arayış ovcumuzun içində: yeni tətbiq istifadəyə verildi

  • 11.02.2021
  • 0

"myGov” elektron hökumət portalının mobil tətbiqi istifadəyə verilib. ASAN Xidmətdən Publika.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən yaradılan mobil tətbiqin məqsədi dövlət xidmətlərinin vətəndaşlar üçün daha əlçatan olmasını təmin etmək, reaktiv xidmətlərdən proaktiv xidmətlərə keçidi sürətləndirməkdir. Artıq mobil telefonda da vətəndaşlar üçün tələbə-məzun məlumatları, ailə tərkibi, cərimələr, daşınmaz əmlak məlumatları, diplomlar, etibarnamələr, hərbi xidmət haqqında məlumatlar, iş yeri, məcburi köçkün statusu haqqında məlumatlar, qeydiyyatda olan nəqliyyat vasitələri, şəxsi məlumatlar, stasionar telefon məlumatları, sürücülük vəsiqəsi, ümumvətəndaşlıq pasportu və yaşayış yeri kimi məlumatlarla tanış olmaq “myGov” tətbiqi üzərindən mümkündür. Həmçinin bu məlumatların bəzisini arayış formasında mobil telefona yükləmək və aidiyyatı istiqamətdə istifadə etmək mümkündür. “myGov” mobil tətbiqini həm "Android", həm "IOS" əməliyyat sistemlərindən yükləmək mümkündür.

Nə düşünürsən?