“Apple” ayıya bənzər smart-oyuncaq yaratdı

  • 05.10.2017
  • 0

ABŞ-ın “Apple” korporasiyasının tərtibatçıları ayıya bənzər smart-oyuncaq yaradıblar. Oxu.Az lent.az-a istinadən xəbər verir ki, tərtib edilən layihə “Parker” adlandırılıb və “AppStore”dan 59 dollara sifariş etmək mümkündür. “Apple” şirkətinin istehsalı olan ayı əlavə reallıq funksiyasını dəstəkləyir və bunun sayəsində oyuncaq daha dinamik və qeyri-adi olur. “iPhone” və ya “iPad”dakı əlavə reallıq sayəsində istifadəçi ayının orqanizmini öyrənə, bu heyvanı müalicə edə və onu virtual lokasiyalara yerləşdirə bilər. Əlavə reallığın istifadəsi üçün bir çox sahələr mövcuddur. "Onun uşaqların əyləncəsi üçün istifadə edilməsi olduqca maraqlı qərardır", - deyə mütəxəssislər qeyd edirlər. Digər mütəxəssislər isə əmindirlər ki, bu yaşdan onların belə cihazlara həddən artıq maraq göstərməsi uşağa mənfi təsir göstərir.

Nə düşünürsən?