Yüzlərlə qadının pənah yeri olan qadın sığınacağı

  • 24.03.2021
  • 0

Bəzi qadınlar çarəsizlikdən ümid yeri kimi Təmiz Dünya Qadınlara Yardım İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Qadın və Uşaq sığınacağına üz tutur.

Baku.TV sözügedən sığınacağa pənah gətirən qadın və uşaqlar barədə süjet hazırlayıb.

Təmiz Dünya Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova deyir ki, müraciət edən qadınların vəziyyətindən asılı olaraq onlara problemləri həll olunana qədər sığınacaqda qalmağa müəyyən müddət təyin edilir:

"Bu müxtəlif dövrləri - iki ay, beş ay müddəti əhatə edə bilər. Bu qadının psixoloji durumundan, ailə münasibətlərindən, hüquqi prosesdən asılı olaraq dəyişir. Qadın və uşaqların təhlükəsizliyi onların problemləri həll olunana qədər qorunur".

Bu günə qədər yüzlərlə köməksiz qadın və uşağın yolu məhz buradan keçib.

Nə düşünürsən?